Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Maduronun 100 milyon dollarlıq qızılını ölkədən çıxarıb

Belə təəssürat yaranır ki, Venesuela prezidenti Nikolas Maduro hakimiyyəti tam itirəcəyinə əmin olduğundan sərvətlərini ölkədən çıxarmağa çalışır. Ərəblərə artıq 3 ton qızıl satılıb. Maduronun ölkədən daha 30 ton qızıl çıxarmağa çalışdığı deyilir. Ona daha çox Rusiya yardım göstərir.

Bizimyol.info “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyə də Venesuela prezidentinin köməyinə gəlib. Bu ölkənin “Sardes” adlı şirkəti Cənubi Amerikadan 900 milyon dollarlıq qızıl gətirib.

“Bloomberg” prosesə hələ keçən ilin yanvarında başlandığını yazıb. Əvvəlcə Venesueladan Türkiyəyə 41 milyon dollarlıq qızıl yola salınıb. Fevralda daha 100 milyon dollarlıq qızıl gedib.

Qızıl

Şirkət 2017-ci ilin dekabrında yaradılıb. “Bloomberg” hesab edir ki, şirkətin əsası məhz bu proses üçün qoyulub. Çünki bundan iki ay əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı kolleqası ilə görüşmüşdü.

Maduronun rəqibi Xuan Quaydonun tərəfdarları isə günbəgün artır. Bu gün Rumıniya da müxalifət liderini Venesuela prezidenti kimi tanıdığını bildirib.

Son xəbərlər
Bütün xəbərlər »