Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həyat haqda 15 ağır, amma ayrıla bilməyəcəyiniz film

Filmlər gerçək həyat haqqında danışanda daha cəlbedici olurlar. Bəzən filmlərdə gerçəklik çox ağır, lap çəkilməz olur. Bizimyol.info sizə emosiyaların əsas sözü dediyi 15 filmin adını təqdim edir:

“Şəxsi müharibə” (A Private War, 2018)

Film “The Sunday Times” qəzetinin qadın müxbiri haqqındadır. O, dünyanın müxtəlif döyüş bölgələrindən reportajlar hazırlayır. Əsl faciələri siyasətçilər görmür, belə adamlar canlı şahid kimi yaşayır.

“Gözəgörünməz uşaqlar” (All the Invisible Children, 2005)

Bu lent 7 qısametrajlı filmdən ibarətdir. Film ağır şərtlər altında yaşayan uşaqlardan danışır. Böyüklər də nə vaxtsa uşaq olub, amma bunu unudublar.

“Sonra sən gəldin” (Then Came You, 2019)

Kevin ipoxondriyadan əziyyət çəkir, həyatdan heç cür zövq ala bilmir. Skay isə, əksinə, həyatdan zövq almağı bacaran qızdır. Tanışlıqdan sonra Kevin öyrənir ki, Skayın həyata keçirmək istədiyi şeylərin siyahısı var.

“Omblina” (Ombline, 2012)

Omblina yaxşı ailədə böyüməyib. O, artıq üç il həbs cəzası almağa imkan tapıb. Teziklə məlum olur ki, dünyaya uşaq gətirməlidir. Bu xəbər onun həyata baxışını dəyişir.

“Məhəbbət” (Amour, 2012)

Bu adda onlarla filmə rast gəlmək olar. Məhəbbət haqda bu dəfə fransızlar danışıb. Jorj və Anna musiqi müəllimidir. 80-i haqlayıblar. Anna möhkəm xəstələnir və  yaddaşını itirməyə başlayır. Jorju çox böyük sınaq gözləyir.

“Qüdrətli ürək” (A Mighty Heart, 2007)

Jurnalist Daniel Perl “Əl Qaidə” terror təşkilatı ilə Pakistan xüsusi xidmət orqanlarının əlaqəsini tapmağa çalışır. Bir müsahibədən sonra Daniel yoxa çıxır. Onu hamilə həyat yoldaşı Marian tapmalıdır.

“Cənnət” (Heaven, 2002)

Keyt Blanşettin çəkildiyi psixoloji dramdır. Filmə baxmaq üçün bircə bu amil yetər. Müəllim işləyən Filippa narkotikdən ölənlərin haqqını bərpa etməyə çalışır.

“Əlvida, Kristofer Robin” (Goodbye Christopher Robin)

Film tanınmış yazıçı Alan Miln ilə oğlu Kristofer Robinin münasibətlərindən danışır. Birinci Dünya Müharibəsindən sonr Alan yenə yazmağa çalışır. Onu oğlu qədər həvəsləndirən yoxdur.

“Kəşf” (Discover, 2017)

Tom Harper ölümdən sonra hamının nağıl dünyasına düşəcəyi haqda kəşfi ilə insanları çox təəccübləndirir. O, sübutlar da gətirir. Bundan sonra dünyada intiharlar bir-birini əvəz etməyə başlayır.

“5 uçuş” (5 Fligts Up, 2014)

Rut və Aleks 50 ildən çoxdur evlidir. Onlar mənzilini satmaq istəyir. Amma bu mənzildə birgə o qədər xatirələri var ki...

“Çıxıb gedənlər” (Okuribito, 2008)

Violonçel çalan Dayqo Kobayasi orkestrdəki yerini itirir. Yeni iş tapmaq lazımdır. Dayqo iş tapır. Qəribə adı var: səyahətdə köməkçi. Bu iş Yaponiyada çox aşağısəviyyəli sayılır.

“Boşuna güllə atan” (Shot Caller, 2018)

Baş qəhrəman qanunsevər adamdır. Amma həbsxanaya düşmək bütün həyatını dəyişir. Həbsxanadan sonra adi həyata qayıtmaq mümkünsüz görünür.

“Eybəcərin şousu” (Freak Show, 2017)

Billi Blumu yeni məktəbində hər şey bezdirib. Etiraz aksiyasının tam yeridir. Billi hər gün makijaj edib, qadın paltarında məktəbə gəlir.

“Unutmaq istəmirəm” (Nae meorisokui jiwoogae, 2004)

Uuzn sevgi romanından sonra Kim Su Çjini evli kişi sevgilisi atır. Qız Çul Su ilə evlənəndən sonra düşünür ki, bütün əzablı günlər arxada qalıb. Amma o yanılır.

“6 fut dərinlikdə” (6 Below: Miracle on the Mountain, 2017)

Keçmiş hokkeyçi Erik dağda qar uçqununa düşür. O, növbəti mübarizədən qalib ayrılmalıdır. Film real hadisəyə həsr olunub. Hokkey üzrə çempion Erik Lemark qar uçqunundan sonra sağ qalmağa çalışmışdı.

Son xəbərlər
Bütün xəbərlər »