Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda texno musiqi ilə hökümətə meydan oxuyan iki DJ: Anoosh & Arash
İranda 1970-ci ildə baş verən İslam İnqilabından sonra hökümət musiqi də daxil olmaqla insanların həyatına müdaxilə edir. İnqilabın lideri Xomeyninin “incəsənətin narkotikdən fərqi yoxdur” deməsi, İranın mühafizəkar qəzetlərindən birində “Musiqi alışqanlığı olan insanlar mühüm işlərlə məşğul ola bilmir. İnsanı xeyirdən zərərə aparır.” cümlələri hökümətin musiqiyə olan münasibətini açıq aydın göstərirdi. İnqilabdan sonra canlı musiqi on ilə yaxın qadağan olunmuşdu, musiqi məktəbləri bağlanmışdı.

İran-İraq müharibəsinin bitməsi və Xomeynin vəfatının ardından qısa müddət sonra musiqiyə olan qadağalar yumşaldılır. Dövlət yavaş-yavaş televiziya və radyolarda ənənəvi musiqi və klassik musiqiyə icazə verməyə başlayır. Ancaq İran da, hələ də populyar musiqiyə icazə yoxdur. Dövlətin icazə vermədiyi musiqiləri dinləyənlər pul cəzası, yaradıcıları isə həbs, hətta ölüm cəzası ilə qarşı qarşıya qalır.

Ancaq bu qadağalar iranlıların musiqi sevgisinin qarşısını ala bilmir. DJ’lər Anuş və Araş “underground” musiqi yaratmağa davam edir. Blade&Brade adı ilə tanınan iki dost çöllərdə elektronik musiqi yaradaraq İran hökümətinə meydan oxuyur.

Alman kinomatoqraf Susanne Regina Meures bu iki gənc haqqında film çəkib. Bu günlərdə Avropa festivallarını gəzən “Raving İran” adlı sənədli film həmin gənclərin mübarizəsindən bəhs edir. Film, iki DJ’in dostluğu, musiqiyə olan tərəddütsüz sevgini və İranda musiqi ilə məşğul olmağın ağır atmosferini göstərir.

Anuş və Araş hökümətin icazəsi olmayan albomlarını satmaq üçün dükanlara yalvarır, polis nəzarət nöqtələrindən öz alətlərini keçirməyə çalışır, party təşkil etmək üçün yaşadıqları çətinlikləri və nəhayət bütün həyatlarını geridə qoyaraq, xəyallarının arxasınca Avropaya getmələrindən bəhs edir. Anuş “Avropada DJ’lik etmək ən böyük arzumdur” deyir.

Meures’un sənədli filmi bütün dünyaya görmədiyimiz həyatları möhtəşəm şəkildə göstərir. Anuş “İrana xarici sənətkarların gəlməsini arzulayıram. Yeni insanlarla tanış olmaq, bütn dünyanı gəzmək istəyirəm ancaq bunun çətin olduğunu da bilirəm.”

Anuş texno musiqi ilə məşğul olarkən polis tərəfindən saxlanılaraq, ağır işgəncələrə məruz qaldığını da deyir.

Meures “Raving İran” filmini çəkmək üçün 14 ay ərzində 5 dəfə İrana səyahət etmişdi. Qorxu və təhdidlərə baxmayaraq İranda klub mədəniyyəti hələ də varlığını qoruya bilir. Gənclər evlərdə gizli şəkildə yığışaraq party’lər keçirməyə davam edir.

Sənədli filmin ən maraqlı hissələrindən biri DJ’lərin Mədəniyyət Nazirliyinə gedərək albomları üçün icazə almalarıdır. Ancaq hökümət təmsilçiləri albomda qadın şəkili və qərb musiqisindən istifadə olunduğu üçün razılıq vermir.

Meures Hyperallegric portalında verdiyi müsahibədə çəkiliş üçün iki yaddaş kartından istifadə etdiyini deyir. Bunlardan birində çəkiliş videoları, digərində isə saxta turistik fotolar var idi.

pahoo.az

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »