Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın bələdçi xırdası olmadığına görə sərnişini döydü - Video

Böyük əskinasları xırdalamaq üçün az əziyyət çəkmirik. Risiyada bu məsələ hətta ciddi davaya səbəb olub. Nijni Novqorod şəhərində konduktor sərnişini xırdası olmadığına görə döyüb.

Bizimyol.info xəbər verir ki, “Moskva 24” kanalında qalmaqalın videosu yayımlanıb. Sərnişin ictimai nəqliyyatda üç nəfərin bileti üçün konduktora 5000 rublluq əskinas (təxminən 135 manat) uzadır, yaşlı qadın buna aqressiv reaksiya verir. Xüsusilə videoya çəkilməsi onu özündən çıxarır. Sərnişini açıq-aşkar döyən konduktor “Iphone” markalı telefonu da sındırır.

“Moskva 24” kanalının səhər verilişində bu dava müzakirə olunub. Aparıcılardan birinin fikrincə, konduktor adekvat davranmayıb. O, “bəlkə də, qadın 5000-lik əskinası ilk dəfədir görürdü” ifadəsini işlədir. Digər aparıcı isə üç biletə görə belə böyük əskinasın verilməsinin doğru olmadığını bildirib.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »