Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduroya getmək üçün daha bir təklif

Venesueladakı qeyri-müəyyən vəziyyət davam edir. Dövlət başçısı Nikolas Maduro öz postundadır, müxalifət lideri Xuan Quaydo isə prezident kimi açıqlamalar verir. ABŞ açıq-aşkar Quaydonun tərəfindədir.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams Maduroya ya Rusiya, ya da Kubaya getməyi məsləhət görüb: “Venesuelaya demokratiyaya keçid üçün ən yaxşısı Maduronun ölkədən kənarda olmasıdır. Məncə, bir neçə ölkə onu məmnuniyyətlə qəbul edər. Onun Kuba və Rusiya kimi ölkələrdə dostları var. Başqa ölkələr də var ki, hakimiyyət dəyişikliyi xatirinə Maduronun qanunsuz hakimiyyətini qəbul etməyə hazırdır”.

Abrams əlavə edib ki, Maduro nə qədər hakimiyyətdə qalsa, ölkə üçün bir o qədər pis olacaq: “Maduro ilə dialoq dövrü keçdi. Maduro ilə danışmaqdansa, bütün ölkəni Xuan Quaydonu qəbul etməyə çağırmaq daha doğru olar”.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »