Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı adamını çılpaq şəkilləri ilə şantaj edirlər

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun var-dövləti getdikcə artır. Amma dünyanın ən varlı adamının problemləri azalmır. Ondan boşanan həyat yoldaşı Bezosun var-dövlətinin yarısına iddia edir. İndi isə onu intim şəkillərlə şantaj etməyə başlayıblar.

Bizimyol.info xəbər verir ki, Bezosun “National Enquirer” nəşri ilə problemi yaranıb. Qəzetin mənsub olduğu “Amerika Media” şirkətinin maraqlarını müdafiə edən Con Fayn iş adamına göndərdiyi mesajda intim fotolar haqda yazıb. “National Enquirer”in redaksiyasında Bezosun açıq-saçıq şəkilləri var.

Qəzet hələ bir müddət əvvəl Ceffin keçmiş teleaparıcı Loren Sançeslə fotosunu dərc etmişdi. “National Enquirer”in vəkili mesajda Bezosu yenə sürpriz gözlədiyini açıq yazıb. Vəkil yeni fotolar seriyasına eyham vurub. Fayn iş adamını əllərində belə silah olduğuna inandırmaq üçün şəkilləri detallı şəkildə təsvir edib.

“Bloomberg”ə açıqlama verən Bezos “Natonal Enquirer”in, qəzetin sahibi Devid Pekerin onunla düşmənçiliyinin səbəbini söyləyib. Ceffin dediyinə görə, şantajın arxasında siyasi məsələ dayanır. Bezos “Washington Post”un sahibidir. Bu qəzet daim ABŞ prezidenti Donald Trampı tənqid edir. “National Enquirer” isə Trampı müdafiə edənlər sırasındadır.

Bezos deyib: “Onların şantajına görə geri çəkilməkdənsə mənə göndərdikləri mətni ictimailəşdirmək qərarına gəldim. Hətta xoşagəlməz şəxsi məlumatlar yayılsa belə”.

Bezosun həyat yoldaşı Makkenzi ilə mülkiyyət bölgüsü hələ başa çatmayıb. Qadın onun var-dövlətinin yarısına – 69 milyard dollara idda edir.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »