Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğlu şəhid qızının ölümünə səbəb olan iş adamı daha bir məhkəmə qalmaqalında
Akif Rəhimov qəzada ölən şəhid qızının sərxoş olması ilə bağlı ekspertiza rəyi almaq istəyib - 52500 manatllıq dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində Babayev Elnur Yaşar oğlunun cinayət işinə baxılır. Bizimyol.info xəbər verir ki, o, dələduzluqda təqsirləndirilir. İttihama görə, Elnur Babayev iş adamı Akif Rəhimovdan ümumilikdə 52500 manat pul alıb. Akif Rəhimova isə vədi o olub ki, oğlunun törətdiyi ölümlə nəticələnən qəzada dünyasını dəyişən qadının günahkar olması üçün kömək edəcək. O bildirib ki, alacağı ekspertiza rəyində qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı qeyd olunacaq. Elnur Babayev həmçinin Akif Rəhimova vəd verib ki, cinayət işini aparan müstəntiq Vüqar Abbasov vasitəsi ilə işi oğlunun xeyrinə həll edəcək.

Bu vədlərə əsasən, 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə digər “xərclərə” sərf edəcəkmiş. Bu “xərclərə” onların xeyrinə danışacaq şahidlərin tapılması, qəzanın Rəhim Rəhimovun yox, onların sürücüsünün adına rəsmiləşdirilməsi və s. məsələlər daxil olub.

Elnur Babayev vədlərinə əməl edə bilməyib. Belə ki, qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq Vüqar Abbasov Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsindən çıxarılıb.

Cinayət işi materilllarına əsasən, Elnur Babayev Akif Rəhimovla "Yeganə" şadlıq sarayında görüşüb və vəd verdiyi işlərin qarşılığında 52500 manat alması ilə bağlı müqaviləyə imza atıb.

Daha sonra Akif Rəhimov hüquq mühafizə orqanlarının əməkdaşlarını elə şadlıq sarayında dəvət edərək Elnur Babayevdən şikayətçi olub.

Elnur Babayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Cinayət işinə hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiya baxır.

Qeyd edək ki, sözügedən qəza hadisəsini törədən zaman Akif Rəhimovun oğlu Rəhim Rəhimovun 17 yaşı olub.

A.Rəhimov “Xırdalan Xəz” ASC-nin rəhbəridir. “Yeganə” şadlıq sarayının isə onlara məxsus olduğu bildirilir.

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

Hadisə 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində baş verib. “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Qəzanı törədən sürücü Akif Rəhimovun oğlu Rəhim Rəhimov olub. Lakin qəzadan sonra hadisə yerinə Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra hadisənin gerçək təfərrüatları üzə çıxıb və 20 gün sonra

Rəhim Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib. O, azadlığa buraxılıb və cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »