Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş redakatorun məhkəməsində ekspert dindiriləcək
Hakim jurnalistlərə və proses iştirakçılarına xəbərdarlıq edib

Bakı Ağır Cinayətlər Məhkəməsində "Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili Elçin Sadıqov ekspert Bəxtiyar Əliyevin əlavə şahid qismində məhkəmədə dindirilməsi barədə vəsatət verib. O vəsatətini belə əsaslandırıb ki, ekspert rəyində anlaşılmayan məqamlar var. Dövlət ittihamçısı vəsatətə etiraz etməyib.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin edib və növbəti prosesə ekspertin də dəvət ediləcəyini bildirib.

Məhkəmədə elan edilib ki, dəfələrlərlə bildiriş göndərilməsinə və sonuncu dəfə xəbərdarlıq edilməsinə baxmayaraq prosesə gəlmədiyinə görə, şahid Gülnar Muradova barəsində məcburi gətirilmə qərarı çıxarılır.

Hakim bildirib ki, ötən prosesdə iştirak edən iki zərərçəkmiş qadının fotosu çəkilərək sosial şəbəkələrdə və mətbuatda dərc edilib. Hakim buna icazə verilmədiyini bildirib. O, həm media nümayəndələrinə, həm də digər proses iştirakçəılarına sonuncu xəbərdarlığı etdiyini vurğulayıb.

Növbəti proses fevralın 19-a təyin edilib.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Bundan sonra Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulub və cinayəıt işi başlanılıb.

A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

A.Məmmədov isə özünü ittihamla təqsirli bilmədiyini söyləyib.

O, bildirib ki, saytda yazdığı yazılar sırf jurnalistika peşəsinə uyğun olub. “Yazılardan biri "Turan" İnformasiya Agentliyindən istinadla vermişəm. Digərini isə politoloq Ərəstun Oruclunun Gəncə hadisələri ilə bağlı yazdığı bloquna istinadən vermişəm. Bu yazılara istinad etdiyim üçün heç bir məsuliyyət daşımıram. Gəncənin sabiq icra başçısı Elmar Vəliyevlə heç bir ədavətim və ümumiyyətlə münasibətim belə olmayıb".

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »