Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Administrasiyasının açıqlamasına nazirlikdən reaksiya

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi 2018-ci il üzrə vətəndaşların müraciətinə laqeyd yanaşan, qəbul etməyən dövlət qrumlarının siyahısını açıqlayıb.

Siyahıda Energetika Nazirliyi də var. Məsələ ilə bağlı Energetika Nazirliyindən bizimyol.info-ya bildirilib ki, burada vətəndaş müraciətindən yox, qəbulundan söhbət gedir: "Ümumiyyətlə Energetika Nazirliyinə qəbul üçün müarciət edənlərin sayı azdır. Ötən il Energetika Nazirliyinə qəbulla bağlı ümumilikdə 67 müraciət olub. Lakin bu müraciətlərin 60-ı həlli qəbulsuz mümkün məsələlərlə bağlı olduğundan araşdırılıb və vətəndaşların müraciətləri təmin edilib. Bu müraciətlər arasında 7-i üzrə nazirliyin yüksək vəzifəli şəxsləri tərfindən qəbul həyata keçirilib".

Açıqlamada bildirilib ki, bundan əlavə nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə isə qəbulla bağlı 661 müraciət daxil olub: "Bu müraciətlərin hamısı işə qəbulla əlaqədar olub və və 600-dən çox şəxs qəbul edilib. Qeyd edək ki, Nazirliyin internet səhifəsində vətəndaşların qəbulunun təşkili üçün “Qəbul günlər”, “Qəbula yazılmaq” və “Video qəbul” bölmələri yaradılıb. Bununla yanaşı Nazirlik bu prosesdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görəcək".

Nazirlikdən o da bildirilib ki, ötən il vətəndaşlar tərəfindən Energetika Nazirliyinə 2304, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə isə 1753 müraciət daxil olub. Hər bir müraciət üzrə operativ araşdırılma aparılıb, problemlərin həllinə kömək edilib və vətəndaşlara mümkün qısa müddət ərzində cavab verilib.

Ramid İbrahimov

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »