Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
180 il yaşayacağını iddia edən adam - Foto
45 yaşlı millioner özünü ilk biohakerlərdən sayır və 180 il ömür sürəcəyini iddia edir. O, özünəməxsus qəhvəni on minlərlə pərəstişkarına satır. O kimdir? Niyə həkimlər onun bu iddialarına şübhə ilə yanaşırlar? Bu suallara Rusiyanın lenta.ru saytı cavab axtarmağa çalışıb.

“Əgər Siz adi adamsınızsa, uşaqlıqda deyiblər ki, sənə genetik ötürülmüş beyinlə yaşamalısan və uğur qazanmaq üçün çox işləməlisən. Ancaq bu, yalandır” deyə Deyv Eespri bildirir. Bulletproof şirkətinin qurucusu və baş direktoru olan bu şəxs öz bloqunda geniş izahat və məlumat verir. O deyir ki, bir vaxtlar tərkibində çoxlu yağ olan qidalar yeməkdə davam edib və idmanla da məşğul olmayıb, buna baxmayaraq 45 kilo çəki ata bilib. Üstəlik beyni daha yaxşı işləməyə başlayıb. Adam sutkada 5 saat yatır. Espri ənənəvi həyat tərzini inkar edir, ondan nümunə götürməyə çağırır. O, yazdığı 5 kitabda və sosial şəbəkələrdə öz həyat tərzi nümunələrində məsləhətlər verir və bioloji hakinqin bir elm olduğunu deyir, salamat qalsa (hər hansı qəza olmasa), 180 il təbii ömür sürəcəyini iddia edir. Espri dayanmadan öz üzərində yeni-yeni eksperimentlər aparır, diz sümüklərindən ilik çıxarıb başına köçürməklə, öz üzərinə infraqırmızı şüalar buraxmaqla, buz parçaları ilə dolu vannada uzanmaqla, həddən çox yağlı qida qəbul etməklə və sair ad çıxarıb. Bu ekspermentləri təkrarlayanlar və elə nun özü heç də bu eksperimentlərdən həmişə müsbət nətic almayıb. Həkimlər biohakinqin əleyhinə çıxırlar. Ancaq Eespri öz inadından dönmür.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »