Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Qaşıqçı cinayətinin hesabatını yayınladı

“Qaşıqçı cinayəti öncədən səudiyyəlilər tərəfindən planlanıb. Səudiyyə Ərəbistanı araşdırmaya ciddi şəkildə mane olub”.

Bu barədə BMT-nin Camal Qaşıqçı cinayətinə dair yayımladığı hesabatda yazılıb.

Bildirilir ki, Səudiyyə Ərəbistanı Türkiyənin apardığı araşdırmalara ciddi şəkildə maneələr yaradıb.

“İstintaq nəticəsində əldə edilən dəlillərə görə Qaşıqçı Səudiyyə Ərəbistanı rəsmilərin öncədən qurduğu vəhşi cinayətin qurbanı olub”,-deyə vurğulanıb.

Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin yazarı olan Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəistanın Türkiyədəki Baş Konsulluğunda öldürülüb. (Olke.az)

Son xəbərlər
Bütün xəbərlər »