Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makrondan gözlənilməz qərar

Fransa prezidenti Emmanuel Makron təhlükəsizlik məsələləri üzrə Münheh konfransında iştirak etməyəcək.

Makronun Almaniyaya səfərinin ləğvi Berlinlə “Şimal axını-2” layihəsinin reallaşması məsələsindəki fikir ayrılığı ilə bağlı olub.

Bildirilir ki, bu qərar Makronun Almaniya kansleri Angela Merkel ilə planlaşdırılan birgə mətbuat konfransının da avtomatik ləğvinə səbəb olub. Konfrans fevralın 16-da keçirilməli idi.

Nəşr qeyd edir ki, son vaxtlar Fransa-Almaniya münasibətlərində soyuqluq müşahidə olunur.

Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı fevralın 15-17-də keçiriləcək. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »