Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misirdə dəhşət: Ana doğma oğlunu 10 il işıqsız otaqda bağlı saxlayıb - Foto

Misirdə Secin Qum kəndində ana oğlunu ərinin qohumlarından gizlətmək üçün onu 10 il işıqsız otaqda saxlayıb.

Üzə çıxan dəhşətli faktlara əsasən məlum olub ki, Məhəmməd Rəcəb əl-Qarbavi adlı gənc 7 yaşında yoxa çıxıb. Ana Əzizə əl-Qalemi qonşularına oğlunun öldüyünü söyləyib. Ancaq Məhəmmədi 10 il boyunca qaranlıq otaqda saxlayıb. Bu yaxınlarda Əzizənin evinin yaxınlığındakı xarabalıqdan inilti eşidən qonşular şübhələnməyə başlayıblar. Evə girməyə çalışan qonşularına sərt davranan Əzizə özünə qarşı şübhələri daha da artırıb və qonşular polisə müraciət etməli olublar.

Polis evə baxış keçirən zaman orada danışıq qabiliyyətini itirmiş, bədəni həşəratlarla örtülmüş gənc oğlanı tapıblar. 17 yaşlı Məhəmməd Misirin Sosial Nazirliyi tərəfindən himayəyə götürülüb, ana isə həbs edilib. Məhkəmədə ifadəsi zamanı Əzizə hər gün xarabalığa gedərək oğluna su və yemək apardığını deyib. Tibbi müayinələr zamanı qadının psixoloji problemlərinin olduğu üzə çıxıb. (Qafqazinfo.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› "Barselona"nın baş məşqçisi istefaya göndərilib - Foto
Son xəbərlər
Bütün xəbərlər »