Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xızıda dəhşət: Zəlzələdən qorxan dəvə fəhləni öldürdü

Fevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.

Bizimyol.info-un "Qafqazinfo"ya istinadən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizlar təyin edilib və ilkin izahatlar alınıb.

İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən, 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.

Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə.Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək və ayaq zərbələri ilə öldürüb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »