Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siz seksistsiniz? - Videosorğu

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun son açıqlamasından sonra onun seksist olduğu üzə çıxıb.

Belə ki, Azərbaycanlı milyarder gələcəkdə onun yerinə hər hansı qadının gəlməsini qeyri-mümkün hesab etdiyini bildirib. Ələkbərovun sözlərinə görə, öz davamçıları kimi yalnız kişiləri nəzərdən keçirir, çünki bu potensiala sahib olan heç bir qadın onun nəzərində yoxdur. Müzükirələrə səbəb olan milyaderin bu açıqlaması birmənalı qarşılanmadı.

Qeyd edək ki, beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər kişi və qadın hüqüqlarının təmin edilməsinə önəm verirlər, hüquqi sənədlər qəbul ediblər, proqramlar və layihələr icra edirlər.

Azərbaycan da 2006-ci ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul edib. Bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların yaradılması və gender bərabərliyinin təmin edilməsidi.

İnzibati və maarifləndirmə işlərinə rəğmən hələ də ictimai nəqliyyatda qadınlarla kişilər yer üstündə mübahisə edirlər. Bu mübahisədə qalib gəlməyə cəhd edən qadından “Mən kişi kimi qadınam” və ya “kişi qeyrətli qadındı” ifadəsini eşitmək mümkündür. Ona yer verən kişilərə isə qadınlar adətən təşəkkür etmək mənasında “kişi kimi kişi” ifadəsini işlədirlər.

Bəli, bu və bu kimi ifadələr seksistlərə məxsusdur.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Bakı sakinlərindən soruşub: Siz seksistsiniz?

Videosorğunu təqdim edirik:

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »