Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran sanksiyalara görə büdcəni dəyişir

İran ABŞ-ın sanksiyalarına görə hicri təqvimi ilə 1398-ci (2019-cu ilin 21 martından başlayacaq) maliyyə ili üzrə büdcə qanun layihəsini təkrar müzakirəyə çıxararaq yenidən tərtib edəcək.

Bunu İran parlamentinin sədri Əli Laricani bəyan edib.

Onun sözlərinə görə, hökumətin parlamentə təqdim etdiyi büdcə layihəsinin yenidən nəzərdən keçirilməsi və sanksiya şərtləri ilə uyğunlaşdırılması təlimatını İranın ali dini lideri Ayətulla Əli Xamenei verib. Büdcə strukturunda dəyişikliklər ediləcəyini deyən Laricani bildirib ki, hökumətdə ixtisarlar aparmaq və bürokratik yüklərdən azad olmaq lazımdır.

Ötən gün verdiyi digər bir açıqlamada İran parlamentinin sədri Xameneinin 4 ay içində ölkə strukturunda islahatlar aparılması ilə bağlı təlimat verdiyini söyləmişdi.

Azvision.az xatırladır ki, İran prezidenti Həsən Ruhaninin parlamentə təqdim etdiyi büdcə layihəsində müdafiə xərclərinin azaldılması mübahisələrə səbəb olmuşdu. İran səhiyyə naziri Həsən Kadızadə isə rəhbərlik etdiyi quruma ayrılan büdcə vəsaitinin normal fəaliyyət göstərmələri üçün yetərli olmadığını əsas gətirərək ötən ay istefa verib. (Virtualaz.irg)

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »