Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər səhvən hər iki böyrəyini götürdülər, həyatını itirdi - Foto

ABŞ-ın Kolorado ştatının sakini həkim səhvindən dünyasını dəyişib. Enqlvud şəhərində yaşayan Linda Vullinin hər iki böyrəyini götürüblər, həyatını itirib.

Bizimyol.info xəbər verir ki, qadın hələ keçən ilin martında xəstəxanaya düşüb. Onda xərçəng olduğu ehtimal edilib. Mayda 73 yaşlı qadını əməliyyat ediblər, səhvən hər iki böyrəyini götürüblər.

Bundan sonra Linda üçün cəhənnəm həyatı başlayıb. O, noyabra qədər sağlam böyrəyini geri qaytarmağa çalışıb. Vəkil tutub, mübarizə aparıb. Üstəlik, həyatı uğrunda vuruşub. Vəziyyəti getdikcə ağırlaşıb. Böyrəksiz həyat onu ölümə sürətlə yaxınlaşdırıb. Linda deyirdi: “Məni qorxudurlar ki, xəstəxanaya düşdünsə, seçimin yoxdur. Yalnız ona ümid etməli olursan ki, sənə kömək edəcəklər”.

Linda Vulli / Foto: KDVR

Təəssüf, Lindaya yetərincə kömək etməyiblər. O, bir neçə gün əvvəl həyatla vidalaşıb.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »