Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanın baş naziri Rusiya ilə ərazi mübahisəsi barədə

Yaponiyanın Baş naziri Şinzo Abe vəd edib ki, Rusiya ilə ərazi mübahisəsini həlli etməyə çalışacaq.

Bu bəyanatla Ş.Abe fevralın 7-də ənənəvi “Şimal torpaqlarının qaytarılması üzrə milli qurultay”da çıxış edib.

Ş.Abe bəyan edib ki, İkinci Dünya müharibəsinin son günlərində Rusiya tərəfindən işğal edilən “şimal torpaqları” məsələsinin həlli vacib olduğu qədər də çətindir. “Müharibədən ötən 73 ildə davam edən bu məsələni həll etmək çox çətindir. Buna baxmayaraq, biz onun həllinə çalışırıq”, - deyə Ş.Abe vurğulayıb. Baş nazir deyib ki, “şimal torpaqları” sakinlərinin bu adalara hisslərini nəzərə alaraq, biz həmin problemi addım-addım həll etməyə çalışırıq.

Yaponiyanın Hokkaydo adasından şimalda yerləşən dörd adanın qaytarılması Ş.Abe hökuməti üçün prioritetlərdən biridir.

Xatırladaq ki, ötən ilin noyabrında Ş.Abe və Rusiya Prezidenti Vladimir Putin sülh müqaviləsi ilə bağlı danışıqları 1956-cı ildə Yaponiya ilə SSRİ arasında imzalanan birgə bəyannamə əsasında sürətləndirmək barədə razılıq əldə ediblər. (Virtualaz.org)

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »