Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada ən çox baxılan Azərbaycan filmi: Arşın mal alan - VİDEO
"Arşın Mal Alan" filmi özündə Azərbaycan filmoqrafiyası üçün bir çox ilki birləşdirən, 86 fərqli dildə, 136 ölkədə nümayiş olunaraq film tariximizin ən uğurlu filmi olaraq adını tarixə yazıb. Son 100 ildə ümumlikdə beş dəfə çəkilən filmi bu qədər məşhur edən isə 1945-ci ildə çəkilmiş versiyasıdır. Stalindən Rəşid Behbudova qədər bir çox adamın birbaşa rolu olan “Arşın Mal Alan” haqqında diqqətinizi çəkəcək bəzi faktları təqdim edirik.

Arşın Mal Alan Sovet lideri İosif Stalinin arzusu ilə çəkilir

1945-ci ildə SSR II Dünya Müharibəsindən yeni çıxmışdı. Stalin müharibədən, hərbi formadan və geridə qalan ağır beş ildən sonra xalqın dincəlməsi üçün belə filmlərə xüsusi icazə verirdi. Arşın Mal Alan musiqili komediyası da bu məqsədlə nümayiş olunan filmlərdən biridir. Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.

Üzeyir Hacıbəyovun sonuncu musiqili komediyası

Arşın Mal Alan inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələrindən bəhs edən və komediya janrında çəkilmiş musiqi komediyadır. Bir çox yerdə üç dəfə qeyd olunsa da, əslində filmin 5 dəfə çəkildiyini demək daha düzgündür. İlk dəfə 1916-cı ildə səssiz film olaraq çəkilir. Ardından, Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov Arşın Mal Alan-ı ekranlaşdırsa da, müəllifdən icazə almadığı üçün nümayişdən çıxarılır. Üçüncü dəfə isə 1937-ci ildə ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı erməni rejisor “Arşın mal alan”ı ekranlaşdırır. Filmi bütün dünyada məşhurlaşdıran versiyası isə 1945-ci ildə Bakı studiyasında çəkilən filmdir. Film texnologiyasının inkişaf etməsi ilə Sovet höküməti Arşın Mal Alan-ı 1965-ci ildə yenidən çəkilməsini istəyir. Həmin filmin rejisoru Tofiq Tağızadə, musiqi redaktoru isə Fikrət Əmirovdur.

Rəşid Behbudovun ilk filmi

Sonrakı illərdə Azərbaycanın ən məşhur müğənnisinə çevirilən Rəşid Behbudovun aktyor olaraq iştirak etdiyi ilk film də 1945-ci ildə Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi “Arşın Mal Alan” filmi idi. Filmdə Əsgər rolunu canlandıran Rəşid Behbudov Üzeyir Hacıbəyovun kəşfi idi. Behbudov filmə bəstəkarın xüsusi istəyi dəvət olunur.

Gülçöhrə rolunu Leyla Bədirbəyli, Soltan bəy rolunu isə Ələkbər Hüseynzadə canlandırırdı. Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir.

5.8 milyon rubla çəkilən filmdən 5 milyarda yaxın gəlir əldə olunur.

Ümumilikdə 136 ölkədə nümayiş olunan film bir çox dilə tərcümə olunur. Təkcə SSR-də 16.2 milyon insan Arşın Mal Alan filmini izləmişdi. Üzeyir Hacıbəyovun komediyası cəmi 5.8 milyon rubla çəkilmiş olsa da, filmdən əldə olunan gəlir 5 milyardı keçir.

Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butaforiyadan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.

1952-ci ildə filmin Çin versiyası çıxır

Mao Tzedun o qədər bəyənib ki, 1952-ci ildə “Çadra altında məhəbbət” adlı Çin versiyası çəkilib.

1945-ci ildə çəkilən Arşın Mal Alan filmi Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə rəngləndirilərək yenidən nümayiş olunur. Həmin filmi buradan izləyə bilərsiniz.

pahoo.az

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »