Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan kibertəhlükəsizlik üzrə ölkələrin reytinqində

Böyük Britaniyanın “Comparitech” şirkəti kibertəhlükəsizlik üzrə ölkələrin reytinqini hazırlayıb.

Şirkətin saytında yer alan siyahıda Azərbaycan 60 ölkə arasında 19-cu yeri tutub.

Bu göstərici ilə ölkəmiz Rumıniya, Yunanıstan, Çin, Ukrayna, Peru kimi ölkələri qabaqlayıb.

Siyahıda birinci yerdə Yaponiya, son yerdə isə Əlcəzair göstərilib.

Ən yaxşı kibertəhlükəsizliyə sahib ölkələr sırasında Fransa, Kanada, Danimarka, ABŞ, İrlandiya, İsveç, Birləşmiş Krallıq, Hollandiya, Sinqapur və Avstriya da var.

Ən zəif kibertəhlükəsizlik isə İndoneziya, Vyetnam, Tanzaniya, Özbəkistan, Banqladeş, Pakistan, Belarus, İran və Ukraynada qeydə alınıb.

Zəifdən güclüyə doğru ölkələrin sıralandığı siyahıda Rusiya 38-ci, Türkiyə 47-ci isə yerdə qərarlaşıb.

Reytinqdə kompüterlərin və mobil avadanlıqların viruslara yoluxma, ölkələrin haker hücumlarına hazırlıq və həmin ölkələrin qanunvericiliyində kibertəhlükəsizlik sahəsi ilə bağlı müasirlik faizləri qeydə alınıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »