Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp çıxış edərkən Tramp soyadlı uşaq yatdı və yuxudan məşhur oyandı - Video

ABŞ prezidenti Donald Trampın həmsoyadı dövlət başçısı çıxış edəndə yuxuya getməklə məşhurlaşıb. 11 yaşlı Coşua Trampın videosu internetdə milyonlarla baxış toplayıb.

Bizimyol.info xəbər verir ki, uşaq yuxuya gedərkən dövlət başçısı ABŞ və Meksika sərhədində tikilməsi planlaşdırılan divar haqqında danışırmış. Tramp qanunsuz immiqrasiyanı təxirəsalınmaz milli böhran adlandırırmış.

Təbii ki, sosial şəbəkə iştirakçılarının diqqəti daha çox Coşuanın soyadına yönəlib. Videoların altında çox maraqlı rəylər yazırlar. Məsələn, belə: “Coşua Tramp arxasınca gedə biləcəyim yeganə Trampdır”. Bu da yaxşı rəydir: “Coşua Tramp yeganə yaxşı Trampdır”.

Coşuanı president iqamətgahına məhz soyadına görə dəvət etmişdilər. Delaver ştatında oxuduğu məktəbdə onun soyadını çox lağa qoyurlar. Tramp administrasiyasında bu haqda eşidəndə ona dəvət göndərmək qərarına gəlmişdilər. Coşua isə vacib məqamda yuxuya məğlub olub.

Son xəbərlər
Bütün xəbərlər »