Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki azyaşlı uşaq valideynlər tərəfindən atılıb

Bakıda iki azyaşlı uşaq 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

“Bizimyol.info” Xezerxeber.az-a istinadən məlumat verir ki, təqribən 5-6 yaşlarında olan uşaqların valideynləri tərəfindən atıldığı ehtimal edilir.

Onları polisə təhvil verən dayə bildirib ki, uşaqların anası baxması üçün balacaları onun yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var, amma lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Polis tərəfindən dindirilən dayə də uşaqların anasını tanımadığını deyib. Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın (055) 466-08-06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

https://www.youtube.com/watch?v=3ItGeWFE1nQ

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »