Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mənə verilən ittiham qədər heç Azərbaycan büdcəsində pul yoxdur”
“Beynəlxalq Bank”ın sədri olmuş Cahangir Hacıyev 4.7 milıyardlıq ittihamla bağlı ifadə verdi

"Dövlət ittihamçıları ittiham aktını elan edən zaman sanki şou göstərirdilər".

Bizimyol.info xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proisesdə sərbəst ifadə verən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev deyib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda C.Hacıuev vurğulayıb ki, həm irəli sürülmüş ittihamları, həm də keçən prosesdə prokurorların çıxışını şou hesab edir.

Prokuror sabiq bankirə etiraz edib, sədrlik edən hakim isə sabiq bankirin sözünü kəsərək, ona ittihamın mahiyyəti üzrə danışması barədə xəbərdarlıq edib.

İttihama görə, Beynəlxalq Bankın vəsaitləri israf olunaraq, real dəyəri olmayan veksellər alınıb, geri qaytarılacağına təminat olmayan kreditlər verilib. 2001-2015-ci illərdə bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılıb.

ittihama münasibət bildirən Cahangir Hacıyev deyib ki, heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur və 4.7 milyard Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Onun sözlərinə görə, Beynəlxalq Bankının Moskva filalının aktivləri 2 milyona yaxın olduğu halda, 4.7 milyard manat pulun mənimsənilməsi mümkün deyil. “Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar, rəqəmlərlə tanış olmayıblar və yalnız ittiham hissəsi ilə tanış olublar. “Mənə göstərə bilərsinizmi ki, ittihamda qeyd edilən vəsaitlər mənim və ailə üzvlərimin hesabına necə köçüb, belə bir sübut varmı?”.

C.Hacıyev deyib ki, “Beynəlxalq Bank” dövlət təşkilatı olmayıb və banka rəhbərlik etdiyi dövrdə dövlətin payı 50.2 faiz olub:

“Bankda işlədiyim zaman müavinim vəzifəsində çalışmış Emin Mustafayevin bir şikayəti əsasında barəmdə cinayət işi açılıb”.

Dövlət ittihamçısının suallarını cavablandıran sabiq bankir bildirib ki, bu cinayət işi üzrə təqsirləndirilənlərdən olan Dünyamin Xəlilovu (sabiq deputat və iş adamı – R.V.) illər əvəvldən, hələ cavanlıq vaxtlardan tanıyır. Onunla heç bir biznes əlaqələrinin olmadığını deyən Cahangir Hacıyev vurğulayıb ki, Dünyamin Xəlilov onun tapşırığı ilə müəyyən layihələrə nəzarət edirdi".

İttiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir. Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.

Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb.

İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb. Mülki iddiaçı "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı 3 milyard 700 min manatdan artıq, Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdırıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini, mülki iddiaları da qəbul etmədiklərini deyiblər.

Qeyd edək ki, C.Hacıyev və təqsirləndirilənlərdən 3 nəfər hazırda həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Prosesdə C.Hacıyev prokuror və vəkillərin suallarını cavablandıran C. Hacıyev deyib ki, bütün işlərə şəxsən özü ciddi nəzarət edib. Lakin işlərin çox olduğu üçün layihələrə nəzarəti Dünyamin Xəlilov və müavini Emin Mustafayevə tapşırıb. O vurğulayıb ki, Dünyamin Xəlilovun da fiziki olaraq bütün layihələrə nəzarəti mümkün olmadığı üçün digər MMC-lər yaradılıb.

Bacanbağı İsmayıl Hidayət-zadəyə kredit ayırmağı ilə bağlı suala cavab olaraq deyib ki, o, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib".

2006-cı ildə bankla "Pərvanə" MMC arasında 7 milyon 500 min manatlıq kreditin ayrıldığını deyən təqsirləndirilən bildirib ki, yağ alınması ilə bağlı kredit ayrılmışdı, ancaq pulun hansı layihələr üçün yönəldildiyini bilmir. C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pullardan Azərbaycana hamısı qayıdıb və layihələr Azərbaycan üçün xeyir verib. Zaqatala Olmipiya Kompeksinin rəhbəri Arif Ramazanov deyib ki, 2008-ci ildə Kompleksin açılışı olub və vaxtdan direktor vəzifəsinə təyin edilib. O, bütün tapşırıqları Dünyamim Xəlilovdan aldığını deyib. Aylıq 300-600 manat arasında maaş aldığını bildirib.

Təqsirləndirilən "Simurq" klubunun ev oyunları keçirdiyi stadionun tikilişinin də onlar tərəfindən həyata keçirildiyini və tikintinin başa çatmaq üçün Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldığını bildirib. Onun sözlərinə görə, pulun xərclənməsi və digər məsələlərə D.Xəlilov qərar verib.

Dünyamin Xəlilovun ona ünvaladığı suala cavab verərək bildirib ki, Kompelksə direktor vəzifəsinə seçilməsi ilə bağlı namizədliyini Cahangir Hacıyev verib.

O, Cahangir Hacıyev sualına cavab verərkən qeyd edib ki, 2012-ci ildə Kompeksdə vergi yoxlması aparılan zaman bütün sənədləri, hətta möhür də götürüblər: “Əvvəl dedilər ki, cinayət işi açılıb, yoxlamalar başa çatanda isə dedilər ki, cinayət işinə xitam verilib".

Prosesi fevralın 11də davam edəcək

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »