Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
On milyonlar hara gedib?

“Media dartışması” daha da böyüdü: Arif Əliyevin ittihamlarına cavablar gecikmədi

Məlum olduğu kimi, fevralın 1-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) KİV layihələrinin maliyyələşdirilməsinə dair şərtləri dəyişdi. Artıq aprelin 1-dən tirajı ən azı 5000 nüsxə, gündəlik hər tirajından ən azı 2000 nüsxə satılan və ya abunə yolu ilə yayılan qəzetlər dövlət maliyyəsi ala biləcəklər. Yeri gəlmişkən, “Bizim Yol” qəzeti bu maliyyə dəstəyindən imtina edərək nəşrini dayandırıb və onlayn qəzet versiyasında davam edəcək. Bu məsələlərlə bağlı xeyli vaxtdır, müxtəlif media ekspertləri arasında müzakirələr, qiyabi debatlar, hətta mübahisələr gedir və getdikcə kəskinləşir.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev KİVDF-nin son 10 ildə həyata keçirdiyi siyasəti, maliyyələşməni iflas olaraq dəyərləndirib. O, “Turan” İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib: “Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata keçirilməyə başlayıb. Hələlik onları islahat adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib. Bəzi yararsız qurumlar, fondlar artıq onun altında qalıb. KİVDF "çarxın" qabağından qaçmağa çalışır. Ona görə də tələsikdə məntiqsiz qərarlar qəbul edir. ..."Bəlkə bu, yeni tendensiyanın başlanğıcıdır?" - soruşursunuz. Əminliklə deyirəm ki, bu qərarı verənlərin beynəlxalq mətbuatda ciddi tendensiyalardan xəbərləri yoxdur. KİVDF indiyədək olan uğursuzluqları və "dəyişiklik" qərarını "Hazırda bütün dünyada... çap mediasının obyektiv səbəblərdən problemlə üzləşməsi ilə", tiraj və gəlirlərin hər yerdə azalması ilə əsaslandırır. Deyəsən, "qəzet böhranı" barədə xəbər bizim Müşahidə Şurasına çox gec gəlib çatıb. Artiq 10 ilə yaxındır ki (elə təxminın KİVDF yaranandan), dünyada əks proses gedir. Ümumdünya Qəzetlər Assosiasiyasının hesabatına görə, təkcə 2010-2015-ci illərdə çap tirajları 21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya kimi yeni medianın güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet tirajlarının ildə azı 2-3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən istiqamətdə getmir, orda artıq köç geri qayıdır”.

Arif Əliyev 50 milyon manatdan çox dövlət vəsaitinin səmərəsiz xərcləndiyini, medianın inkişafına xidmət etmədiyini, media siyasətinin yanlış olduğunu, qəzetlərin çökdüyünü, reklam bazarının inhisara alındığını, dövlətin maliyyələşmədə saxladığı qəzetlərə məcburi abunə yazdırıldığını, dünyada tirajlar artdığı halda Azərbaycanda tirajların və satışın düşdüyünü, yayımın dağıldığını bildirib. Arif Əliyev media siyasətinə cavabdeh olan dövlət qurumlarını və Mətbuat Şurasını da kəskin tənqid edib.

Buna cavab olaraq ayrı-ayrı media orqanlarının rəhbərləri və yazarlar mövzu ilə bağlı öz versiyalarını irli sürüblər. Onlardan biri, milli.az saytının baş redaktor müavini Elçin Alıoğlu 50 milyon manatdan çox dövlət vəsaitinin səmərəsiz xərclənməsi ittihamına cavab olaraq, Arif Əliyevin özünü ittiham edib; Azərbaycanda söz azadlığının inkişafı üçün 1996-2014-cü illərdə xaricdən alınmış 36,84 milyon ABŞ dolları, 14,12 milyon avr vəsaitin, təqribən 41 milyon dolların havaya sovrulduöğunu yazıb.

O daha sonra yazıb: “Arif Əliyev deyir: “Deyəsən, “qəzet böhranı” barədə xəbər bizim Müşahidə Şurasına çox gec gəlib çatıb. Artıq 10 ilə yaxındır ki (elə təxminın KİVDF yaranandan), dünyada əks proses gedir.Ümumdünya Qəzetlər Assosiasiyasının hesabatına görə, təkcə 2010–2015-ci illərdə çap tirajları 21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya kimi yeni medianın güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet tirajlarının ildə azı 2–3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən istiqamətdə getmir, orda artıq köç geri qayıdır”.

Elçin Alıoğlu da bu fikirlərə cavab olaraq Ümumdünya Qəzetlər Assosiasiyasının rəqəmlərini göstərir: “Ümumdünya Qəzetlər Assosiasiyasının (World Association of Newspapers, WAN) heç birində (!) 2010–2015-ci illərdə qəzetlərin, yəni ənənəvi KİV-lərin tirajlarının artması bəyan edilməyib. Bu bir yana, “çap tirajlarının 21,6 faiz artımı” kimi fantasmaqorik açıqlamanın gerçəklə heç bir əlaqəsi yoxdur”.

Elçin Alıoğlu ekektron medianın ənənəvi KİV-I sıxışdırıb bazardan çıxardığını əsslandırmaq üçün bəzi rəqəmlər sadalayır: “ Gərçi əvvəllər bütün çox və ya qismən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar hər səhər qəzet alıb son xəbərləri oxuyurdusa, indi işə gedərkən smartfonun və ya planşetin ekranına baxaraq ölkə ilə dünyada baş verənlərdən xəbər tutanlar dövrüdür. Hətta proses bir qədər də irəli gedib: ənənvi KİV-ləri sıxışdırmış informasiya saytları sosial şəbəkələrin populyarlaşması ilə üzləşərək Facebook, İnstagram, YouTube və Twitter-in təzyiqi altına düşməməyə çalışırlar. Qərb ölkələrinin istisnasız olaraq hamısında qəzet və jurnallar ənənəvi, kağız formatının həcmini ya azaldır, ya bu formatı onlayn-versiyanın əlavəsinə çevirirlər. ABŞ və Avropa Birliyində, habelə Cənub-Şərqi Asiya ölkələrində ənənəvi KİV-lərdə reklam gəlirlərinin azalması redaksiyalarda ixtisarları sürətləndirirsə, sosial şəbəkələrin tədricən informasiya mənbəyinə çevrilməsi prosesi daha da məşum edir. 2012-ci ilin oktyabrın ortalarında dünyanın ən məşhur jurnallarından biri “Newsweek” satışların azalmasına tab gətirə bilmədiyini etiraf etdi. 2013-cü ilin əvvəlində rəqəmsal formata keçən və çap variantından tam imtina edən jurnal indi “Daily Beast” saytı ilə birləşib. “The Guardian”, “The New York Times”, “Washington Post”, “Wall Street Journal” və “Financial Times” kimi dünyaca məşhur, nüfuzlu qəzetlərin hamısında saytlarda məqalələrin pul müqabilində oxunuşu, yəni onlayn-abunəlik təklif olunur. Bu qəzetlərdə “nömrənin materialı”, yəni əsas yazı heç bir halda sərbəst “giriş”li deyil. Eyni sözü məşhur jurnallar barədə də demək olar. “Time” və “Bild” jurnallarının son hesabatlarına görə, son 11 ildə çap versiyaları zərərlə işləyir, onlayn-versiyalarınsa gəlirləri fasiləsiz artır. Yaxşı, hesab edək ki, istisnalar var və Arif Əliyev “haqlı”, KİVDF haqsızdır. Bəs onda ABŞ-da populyarlığına və tirajına görə 3-cü yeri tutan “U.S. News & World Report” qəzeti nə üçün çap versiyasından tam imtina edərək onlayn versiyaya keçdi? Dünyanın ən tirajlı və nüfuzlu jurnalı sayılan “Time”ın (ABŞ) saytında “Redaksiya açıqlamaları” bölməsinə baxın. Son 7 ildə jurnalın çap versiyasının tirajı 19 faiz azalıb…Nüfuzu ekspertlər arasında əsla şübhə doğurmayan “Pew Research Center”tədqiqat şirkətinin son hesabatına görə, son 10 ildə dünyada çap mediasının tirajları 23 faiz (!) azalıb. “Ümumdünya Qəzetlər Assosiasiyası”nın mifik hesabatına istinad edən Arif Əliyevin demaqogiya təsiri bağışlayan “21,6 faizlik artım”ı harada, nə zaman, necə və kimlər tərəfindən qeydə alınıb?!”

Müəllif daha sonra yazır: ““Ümumdünya Qəzetlər Assosiasiyası”nın, yəni WAN-ın son hesabatına görə, ABŞ-da çap mediasının tirajlarında azalma ildə 4 faizə çatıb. “New York Times”, “USA Today” və “Wall Street Journal” kimi nəhənglərin çap versiyalarının oxucularının orta hesabla 53 faizi məlumatları saytlardan və sosial şəbəkələrdən almağa üstünlük verdiklərini deyiblər. Britaniyada da analoji vəziyyətdir. “The Guardian” qəzeti, “Observer” jurnalı redaksiya əməkdaşlarının təxminən 43 faizini ixtisar ediblər və çox yaxınlarda kağız versiyasından tam imtina barədə qərar qəbul edəcəklərini bəyan ediblər. Son 11 ildə Britaniyada çap tirajları 7,4 faiz aşağı düşüb, qəzetlərin və jurnalların onlayn versiyalarının reklam gəlirləri isə 13,9 faiz artıb. Gələk Almaniyaya. 15-ci əsrdə kitab çapının ixtira olunduğu və ilk nəşriyyatın qurulduğu bu ölkədə çox populyar gündəlik “Frankfurter Rundschau” qəzeti inadla “çap versiyasında qalacağıq” deyərək müflis oldu, bağlandı. Daha sonra “Financial Times Deutschland” qəzeti fəaliyyətini dayandırdı.

Almaniyada keçirilmiş sorğulara əsaslanan “Ümumdünya Qəzetlər Assosiasiyası”nın hesabatına qayıdaq: “Bu ölkədəki gənclərin yalnız 0,27 faizi qəzetləri əsas informasiya mənbəyi hesab edir”. Və ən nəhayət, Fransa. Ölkənin ən populyar qəzeti “Liberation”un çap tirajları son 11 ildə sürətlə azalaraq 112 min nüsxəyə düşüb. Nüfuz və populyarlığına görə ikinci yerdə duran “La Tribune” gündəlik qəzetdən həftəlik qəzetə çevrilsə də, müflis olmamaq üçün sonda çap variantından, ümumiyyətlə, imtina etdi.Dünyaca məşhur “Le Monde” redaksiya əməkdaşlarının 48 faizini ixtisar edərək rəhbərliyi dəyişdi, “France Soir”ı isə heç nə xilas etmədi. Bu qəzet indi redaksiya mebelini belə, satışa çıxarıb”.

Jurnalist Azərbaycanda mediaya qrant ayıran beynəlxalq qurumları da ittihamkarına “qonaq” edib: “ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2014-cü ildə Azərbaycanda müstəqil medianın inkişafı üçün nəhəng həcmdə — 2,4 milyon dollar ayırdı. Qrant müsabiqəsi tələsik keçirildi və “müraciətlərin təqdimat müddəti” kimi 30 iyun — 7 iyul 2014-cü il tarixinə müəyyən olundu. Eyni zamanda, USAİD-in Azərbaycandakı ofisi qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığı da təmin etmədi. Ölkədəki qəzetlərin və informasiya agentliklərinin tam əksəriyyətinin bu “müsabiqə”dən xəbəri yoxdu. USAİD-in Azərbaycandakı ofisinin bu cür qrant elan etməsi tamamilə formal xarakter daşıyırdı. Artıq onlar əvvəlcədən kimlərin layihəsini qəbul edəcəklərini, kimlərə qrant verəcəklərini müəyyənləşdirmişdilər”.

Yazıda beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığına ayırmış olduğu on milyonlarla vəsaitin də müqabilində ortaya heç bir real müstəqil media orqanı qoyulmadığını iddia edən Elçin Alıoğlu bu layihələrdə iştirak edənləri sərt tənqidə məruz qoyur.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »