Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur meyxanaçının vəziyyəti pisləşdi: Ayaqları tutuldu
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub.

Milli.Az xəbər verir ki, bunu "Hər şey daxil"ə telefon vasitəsi ilə qoşulan meyxanaçının oğlu Kamil məlumat verib.

Kamil atasının artıq iki həftədir yeriyə bilmədiyini deyib:

"Vəziyyəti 1 aydır pisləşib. Ayaqları isə artıq iki həftədir tutulub. Özəl xəstəxanalardan birində müalicə etdirdik. 6 gün orada qaldı. Bir az maddi çətinlik çəkdiyimizə görə, xəstəxanaya köçürdüyümüz məbləğ yetərli olmadı. Ona görə də müalicəsi yarımçıq qaldı, xəstəxanadan çıxarmalı olduq. Həkimlər deyirlər ki, "Xəstəxanada müalicəsi daha düzgün gedər, nəyinki evdə. Xəstəxanada qalsa, 2 aya ayağa qaldırarıq onu". 2 aylıq müalicəsi üçün 20-25 min manat lazımdır".

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »