Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya müharibəyə hazırlaşır

İsveçin müharibə tədqiqatları institutu (FOI) həyəcan təbili çalır. İnstitutun hesabatına görə, Rusiya müharibəyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, Rusiya ordusu hərbi hazırlığı xeyli artırıb. İnstitutun hesabatında da bu amil xüsusi qabardılıb. Rusiya ordusu hər il bir dəfə dörd istiqamətdə böyükmiqyaslı hərbi təlimlər keçirir. Hərbi təlimlərin əsas mahiyyəti qitənin böyük hissəsində müharibə qabiliyyətini yoxlamaqdır.

Rusiya əvvəllər hərbi sahədə yeniliklərə, lokal münaqişələrin həllinə daha çox diqqət ayırırdı. İndi isə strateji hərbi təlimlərin miqyası xeyli artıb.

İsveçli analitiklər son iki ildəki təlimləri nümunə göstərirlər. Qərbi əhatə edən “Zapad-2017” təlimində cəmi 5,5 min hərbçi iştirak edirdisə, keçən il miqyas həddindən çox artdı. “Vostok-2018” təliminə 300 min hərbçi cəlb olunmuşdu.

Tədqiqat rəhbəri Yuhan Nurberq deyir: “Rusiya regional, eyni zamanda Çin və ya NATO ölçüsündə tərəfə qarşı müharibəyə hazırlaşır”.

Analitiklər hesab edir ki, prosesi birbaşa prezident Vladimir Putin idarə edir. Məhz o, genişmiqyaslı hərbi təlimlərdə maraqlıdır.

Axırıncı dəfə Rusiya ərazisində belə təlimlər 1981-ci ildə olmuşdu. Onda SSRİ üçün Əfqanıstan müharibəsinə hazırlıq çox vacib idi.

“Vostok-2018” təlimində 1000-dən çox təyyarə, vertolyot, 80 hərbi gəmi, 36 min tank və başqa zirehli maşınlar iştirak etmişdi.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
››› İşğaldan azad olunmuş ərazidə qolları məftillə bağlı skeletlər tapılıb - Video
››› Moskvada 11 günlük qeyri-iş günləri başlayır
››› "Bu linklərə daxil olmaqla komputer və smartfonunuzla ömürlük vidalaşa bilərsiz"
››› “Ərdoğanın Füzuli hava limanına enişi İrana sərhəddən verilən açıq mesaj idi”
Son xəbərlər
Bütün xəbərlər »