Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin Maduroya inamı qalmayıb

Venesuela prezidenti Nikolas Maduronu bu ağır günlərdə Rusiya qədər dəstəkləyən yoxdur. Şimal qonşumuzun Cənubi Amerika diktatoruna həm hərbi, həm də maddi yardım etdiyi güman olunur. Maduronun qızıllarını daşımaq da rusların öhdəsinə düşüb.

Bizimyol.info “Bloomberg”ə istinadən xəbər verir ki, Kremlin Venesuela prezidentinə inamı qalmayıb. Daha dəqiqi, rəsmi Moskva Maduronun bu mübarizədən “sağ çıxacağına” inanmır. Venesuelanın iqtisadi vəziyyəti çox ağırdır. Rusiya hakimiyyəti məhz bu amilin Maduronun əleyhinə işlədiyini düşünür.

“Bloomberg” Kremldəki iki mənbəsinə güvənərək bu xəbəri yayıb. Agentlik Rusiyanın belə uzaq məsafəyə lazımi hərbi yardım göstərmək imkanından məhrum olduğunu yazır. Venesuela ordusu isə çox hazırlıqsızdır.

Venesuelanın Rusiyadakı səfirliyi ABŞ-ın ölkə ordusunu xəyanətə sürüklədiyini açıqlayıb.

ABŞ-ın baş katibi Mayk Pompeo “Fox Business” telekanalına açıqlamasında Rusiya və Kubanı ittiham edib. Vaşinqton rəsmisi bu ölkələrin Venesuelaya azad siyasət yürütməyə mane olduğunu bildirib. Pompeo hakimiyyət dəyişikliyinin tam həyata keçirilməsindən sonra venesuelalıların müstəqil olmaq istəyəcəyinə ümid etdiyni deyib. “Rusiyalılara və kubalılara güvənmək lazım deyil” – baş katib belə söyləyib.

Pompeo Maduronu ac xalqı doyurmağa çağırıb.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »