Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən isti yerləri açıqlandı

Britaniyanın “The İndependent” qəzeti dünyada ən isti yerlərin reytinqini dərc edib.

Bizimyol.info xəbər verir ki, reytinq cədvəlində birinci yerdə Amerikanın Kaliforniya ştatında yerləşən Ölüm Vadisidir. Ən isti hava orada qeydə alınıb. Yay aylarında burada temperatur 47 dərəcəyə çatır.

İkinci yerdə Efiopiyadır. Yatmış vulkan Dallol və onun ətrafı bu reytinq cədvəlində dünyanın ən isti ikinci yeri kimi qeyd olunub. Dünyanın bütün yaşayış məskənləri arasında ən yüksək orta temperaturun məhz orada olduğu bildirilir.

Liviyanın Əl-Əziziyə şəhəri ən isti yerlərin reytinq cədvəlində üçüncüdür. Burada yay aylarında temperatirin 48 dərəcəyə çatdığı vaxtlar olur.

Cədvəldə yer alan Sudanın Вади-Хəlfə şəhərində demək olar ki, yağış olmur.

Britaniyalı jurnalistlər İranın Dəşti-Lüt səhrasını, İsrailin Tirat-Zvi yaşayış məntəqəsini, Malidə Timbuktu, Tunisin Kebili əyaləti, Liviyanın Qadames vadisi və İranın Bender Mahşehr şəhərini də reytinq cədvəlinə daxil ediblər.

Bundan öncə “The İndependent” dünyanın ən soyuq yerlərinin reytinq cədvəlini dərc etmişdi. Orada Antarktidadakı “Şərq” stansiyası, Alyaska ştatında Denali yüksəkliyi, Kolorado ştatında Freyzer şəhəri və Kanadada Snaq kəndi yer almışdı.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Avqustun 2-nə olan hava proqnozu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
Son xəbərlər
Bütün xəbərlər »