Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçkünlərə mavi yanacaq verilişi dayandırıldı

Xəzər rayonu Şüvəlan qəsəbəsinin bir hissəsinə mavi yanacağın verilməsi müvəqqəti dayandırılıb.

Bizimyol.info xəbər verir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində, məcburi köçkünlərin daha sıx məskunlaşdığı pansion və yataqxanalara səhər saatlarından etibarən mavi yanacağın verilməsi dayandırılıb.

Bu barədə bizimyol.info -ya açıqlama verən "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəisi İbrahim Kərbəlayev qeyd edib ki, səhər saatlarından etibarən həmin ərazidə qaz sızması aşkarlanıb, qəza xidmətinin əməkdaşları hazırda sızmanın qarşısını almağa çalışdıqları üçün mavi yanacağın verilməsi müvəqqəti dayandırılıb:

"Səhər saatlarından Xəzər rayonu, Şüvəlan qəsəbəsinin bir hissəsini qazla təmin edən boruda sızma baş verib. Qəza xidməti hazırda ərazidə çalışır ki, sızmanı aradan qaldırsınlar, bu səbəbdən də yanacağın verilməsi dayandırılıb. İşin həcmindən asılı olaraq yanacağın verilməsi ləngiyə bilər. Böyük ehtimalla 1-2 saat ərzində yanacağın verilməsi bərpa olunacaq".

Rövşən Əsədov, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
››› Oktyabrın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »