Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nadirin avtomobilinin qabağını kəsib hədələyiblər: “Belə qudurmusan ki…”
Prodüser-aparıcı Tarix (Tolik) Əliyev rəsmi Youtube kanalında “Tarix ilə səmimi” adlı proqrama start verib.

Milli.Az xəbər verir ki, Tolikin ilk qonağı Nadir Qafarzadə olub.

Söhbət zamanı müğənni bir-birindən maraqlı etirafları ilə diqqət mərkəzinə düşüb.

Ən diqqət çəkən məqam isə Nadirin lüks avtomobilinin qarşısının kəsilərək ona edilən hədə-qorxu ilə bağlı etiraf məqamı olub:

“İnsanlar zombiləşib, aqressivləşib. Efirdən görürlər, Nadirin və ya Tarixin bahalı bir avtomobili var. O fikirləşmir ki, Tarix onu necə qazandı. O, fikirləşir ki, niyə ondadı, məndə olmamalıdır? Fikirləşir ki, mən onu heç olmasa İnstaqramda söyüb, acığımı belə çıxardım ondan. Əvvəl belə şeylər yox idi. Əvvəl təzə maşın alanda deyirdilər ki, mübarəkdir. İndi deyirsən maşın almışam. Deyirlər “Neçəyə almısan, haradan almısan?”. Fərqə baxın.

Mazerattini 70 min dollara almışdım. Ondan üçünü də ala bilərdim. Başım ağrıdı o maşına görə. Deyim niyəsini…

Bir gün bir yerə gedirdim, məni saxladırlar. Düzdür, mən şikayət də etmədim. Mənə bir nəfər dedi ki, “Sən belə qudurmusan ki, “Mazeratti” sürürsən?” Dedim “Mən onu əziyyətlə almışam. Onu sübut da edə bilərəm. Mən xalqın məclislərinə getmişəm, müqabilində pul veriblər, almışam. Amma sən nə ilə almısan? Sənin müəyyən miqdarda maaşın var da, o maaşla sən milyon il də yaşasan sürdüyün maşını ala bilməzsən. Mən bu sözü deyəndən sonra oturdu yerinə. Qabağından yemədim onun. Amma bu maşın gözümdən düşdü. O maşınla şəkil çəkdirmək istəyənlər də olurdu. İşıqforda dayanırdım, avtobusdan nəzərlər mənə idi. Qınaqdan qorxdum. Fikirləşdim ki, mən 70 min dollara maşın alınca, o pulu verib uşaqlarıma iki otaqlı ev alaram ki, gələcəkdə məndən onlara nə isə qalsın. Elə də elədim. Mən o maşını satdım, getdim oğluma ev aldım”.

Son xəbərlər
Bütün xəbərlər »