Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makedoniya NATO-ya qoşulur

Fevralın 6-da NATO ilə Makedoniya qoşulma sazişini imzalayıb.

Sənədə Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov imza atıb. Mərasimə alyansın rəhbəri Cens Stoltenberq sədrlik edib.

“Bu gün tarixi gündür. NATO-nun bütün üzvləri Makedoniya ilə Qoşulma Protokolunu imzalayıb. Bu sənəd bütün regiona daha artıq təhlükəsizlik və rifah gətirəcək. NATO-nun baş qərargahı üzərində 30 bayrağın dalğalanacağı günü səbirsizliklə gözləyirəm”, Stoltenberq mərasimdən sonra tvitində yazıb.

Makedoniya bildirib ki, Yunanıstanın NATO üzvü olaraq bu protokolu birinci ratifikasiya edəcəyini gözləyir.

Yunanıstan parlamentinin spikeri Nikos Voutsis isə Afinada bildirib ki, sənəd deputatlara fevralın 7-də təqdim olunacaq və fevralın 8-də səsverməyə çıxarılacaq.  (Musavat.com)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »