Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya əhalisi kəskin azalacaq: Prosesi dayandırmaq mümkün olmayacaq

Xeyli vaxtdır ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) həyəcan təbili çalır. Bildirilir ki, dünya əhalisi təhlükəli həddə artır, bir müddət sonra Yer kürəsindəki resurslar bəşəriyyətin normal həyat fəaliyyəti üçün yetərli olmaya bilər.

Hazırda dünya əhalisinin sayı təxminən 7.7 milyarddır. 2050-ci ilə qədər bu rəqəmin 9 milyarda çatacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, kanadalı politoloq Darrer Briker və jurnalist Con İbbitson fərqli fikirdədir. Onlar hesab edir ki, dünya əhalisinin sürətli artımı barədə proqnozlar yanlışdır. Müəlliflər “Boş planet” adlı kitablarında da yazıblar ki, təxminən 30 ildən sonra dünya əhalisi azalmağa başlayacaq.

“Azalma başlayandan sonra bu prosesi dayandırmaq mümkün olmayacaq”, - kitabın müəllifi olan politoloq və jurnalist xəbərdarlıq edir.

Onlar deyir ki, BMT-nin əhali artımıyla bağlı proqnozları doğum, ölüm, miqrasiya ilə bağlı statistik rəqəmlərə əsaslanır. Amma başqa faktorlar, məsələn, urbanizasiyanın səviyyəsi, təsilli qadınların sayının artması kimi məqamlar nəzərə alınmayıb. Afrikanın böyük bir hissəsində bu hallar müşahidə olunur.

“İndiki proqnozlara görə, 2100-cü ildə Yer kürəsində əhalinin sayı 11 milyarda çata bilər. Digər tərəfdən , araşdırmaçılar qadınların təhsil almasıyla bağlı vəziyyətin yaxşılaşdığını bildirir. Məhz bu sahədəki irəliləyişi nəzərə alsaq, o zaman buna əsaslanıb demək olar ki, o dövrdə ədalinin sayı 8-9 milyarda qədər azala bilər”, - Briker bildirib.

Kitab müəllifləri dünyada ailə planlamasıyla bağlı dəqiq təsəvvürləri olsun deyə, 26 ölkədə araşdırma aparıblar. Məlum olub ki, artıq bir çoxları daha az üzvü olan ailəyə üstünlük verir.

Onlar hesab edir ki, əhali artımı proqnozlaşdırıldığı kimi olmasa da, insan ömrünün müddəti artacaq: “Çünki insanı daha çox yaşatmaq imkanları getdikcə inkişaf edir”.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
Son xəbərlər
Bütün xəbərlər »