Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“5 il əvvəl Avropa dövlətləri məni aldatdı” - Yanukoviç

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında müxalifətlə siyasi böhranın tənzimlənməsi haqda saziş imzalanarkən ona zamin duran Avropa liderləri tərəfindən aldadıldığını hesab edir.

“Məni əfəl kimi aldatdılar, satdılar və yarı yolda qoydular” deyən Yanukoviç Moskvada keçirdiyi mətbuat konfransında bunları deyib:

“Fevralın 21-də onlar bu sazişi imzaladılar. Elə həmin gün də silahlı gənclər prezident iqamətgahını və hökumət binasını tutdular. Növbəti gün isə Avropa ölkələri buna dəstək durdular. Olanlara görə məsuliyyəti heç kəs onların üzərindən götürmədi. İstərdim ki, mənə açıq şəkildə cavab versinlər: niyə mən illərlə onlarla müraciət edirəm və həmin ölkələrin liderlərindən heç bir cavab ala bilmirəm?”.

Qeyd edək ki, adıçəkilən saziş 2014-cü il fevralın 21-də Kiyevdə Viktor Yanukoviçlə müxalifət nümayəndələri arasında imzalanıb. Müqaviləyə zamin duranlar isə Almaniya, Fransa və Polşa olub. (Qafqazinfo.az)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »