Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda uçan bina ilə bağlı açıqlama: “Sonuncu 3 mərtəbə qanunsuz tikilib”

İstanbul valisi Əli Yerlikaya uçan bina ilə bağlı gözlənilməz açıqlama verib.

1992-ci ildə inşa edilən 5 mərtəbəli binaya sonradan qanunsuz yolla 3 mərtəbə artırılıb.

“Binada 14 mənzil və 43 vətəndaş qediyyatdadır. Ancaq aldığım məlumata görə, 8 mərtəbəli binanın sonuncu 3 mərtəbəsi sonradan qanunsuz yolla əlavə tikilib”, - deyə vali bildirib.

O, uçqunun hansı səbəbdən baş verməsi, ölən və yaralananlar barədə dəqiq rəqəmlərlə bağlı məlumatı dəqiqləşmədən sonra açıqlayacaqlarını deyib.

Xatırladaq ki, bu gün İstanbulda 8 mərtəbəli binanın uçması nəticəsində 1 nəfər ölüb, 4 nəfərin isə dağıntılar altında qaldığı deyilir. Daha bir nəfər isə axşam saatlarına doğru uçqun altından sağ çıxarılıb. (Qafqazinfo.az)

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
Son xəbərlər
Bütün xəbərlər »