Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə yol qəzası baş verib

Şəki rayonunda yol qəzası baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Küngüt kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şəki rayonunun İbrahim kənd sakini, 1994-cü il təvəllüdlü Simral Rüfət oğlu Mirzəmmədov idarə etdiyi “Ford” markalı minik avtomobilini yol kənarındakı ağaca vurub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - rayonun İbrahim kənd sakini, 1992-ci il təvəllüdlü Rəvan Rafiq oğlu Əhmədli və Şəki şəhər sakini 1993-cü il təvəllüdlü Yasin Şahin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan Y.Sadıqov daha sonra Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər yaralılar - S.Mirzəmmədov və R.Əhmədlinin xəsarətləri yüngül olduğundan onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »