Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhani: "ABŞ Venesuelanın taleyinə müdaxilə edir"

Dünyanın bütün nöqtələrində ABŞ müdaxilələrinin şahidi oluruq

Regional və beynəlxalq problemlər ABŞ-ın müdaxiləsindən qaynaqlanır. Bizimyol.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Vaşinqton rəhbərliyinin bir qayda olaraq İran xalqı haqqında yanlış və uyğunsuz tonda danışdığını dilə gətirən Ruhani dünyadakı və bölgədəki problemlərin ABŞ-ın yersiz müdaxilələrindən qaynaqlandığını dilə gətirib.

Birləşmiş Ştatlar və İsrailin dəstəklədiyi terror qruplarının 1979-cu ildə gercəkləşdirilən inqilabın ilk günlərində 17 min iranlını öldürdüyünü bildirən Ruhani İranın terror qurbanı olduğunu və terrora qarşı qərarlı bir mövqe göstərdiyini dilə gətirib: "Amerikalılar bu gün Latın Amerikasına və Venesuelanın taleyinə müdaxilə edirlər. Dünyanın bütün nöqtələrində ABŞ müdaxilələrinin şahidi oluruq. Onların etdikləri nə özlərinə, nə də ABŞ xalqının maraqlarına xidmət edir".

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »