Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misirdə 4500 il yaşı olan sərdabə tapıldı

Misirdə tarixi eramızdan əvvələ gedib çıxan piramidalar olduğunu bilirsiniz. Həmin piramidaların yerləşdiyi ərazilərdə arxeoloqlar yenə qədim əşyalar, ləvazimatlar tapmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, Gizada yerləşən Xeops piramidasının yaxınlığında sərdabə tapılıb. Amma bunu arxeoloji qazıntılarla məşğul olmağa lisenziyası olan adamlar aşkar etməyib. Sərdabəni “qara arxeoloqlar” üzə çıxarıb. Yəni qazıntılarla qanunsuz məşğul olan adamlar.

Misirdə piramidalar ərazisində qanunsuz fəaliyyət göstərənlər çoxdur. Onlar əsasən kiçik qiymətli əşyalar axtarırlar. Misir qanunvericliyi bu məsələyə sərt yanaşsa da, “qara arxeoloqlar”ın qarşısını almaq mümkün deyil.

Amma bu dəfə həmin adamlar tapıntı haqda məlumat veriblər. Yəqin ona görə ki, əllərinə qiymətli heç nə keçməyib.

Sərdabədə kişi büstləri aşkar edilib. Büstlər tam yaxşı formada deyil, kəllə hissəsi zədələnib. Bundan başqa, qədim keramik qablar da tapılıb. Maraqlıdır ki, həvəskar arxeoloqlar bu qablara əl vurmaqdan çəkinib.

Sərdabənin təxmini yaşı da müəyyənləşib. Mütəxəssislər bu yerin fironların beşinci nəslindən qaldığını düşünürlər. Söhbət eramızdan əvvəl 2504-2347-ci illərdən gedir.

Sərdabənin Xeops piramidası ilə əlaqəli olub-olmaması bilinmir. Hərçənd, olması daha inandırıcıdır. Çünki sərdabə piramidanın cəmi 30 metrliyindədir.

Həvəskar qazıntı aparanlar məsuliyyətdən qaça bilməyib. Onlar həbs olunub.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »