Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternetdə rahat film izləmək üçün 6 alternativ mənbə - FOTOLAR
İnternetdə pulsuz və rahat film izləmək ən böyük problemlərdən biridir. İşinizi rahatlaşdırmaq üçün geniş arxivi, yüksək keyfiyyəti və sürətli yenilənməsi ilə fərqlənən mənbələri bir yerə topladıq.

“Netflix”

Netflix artıq bütün dünyada istifadəyə açıldıqdan sonra bir çox bədii və sənədli filmi, TV proqramları burdan izləmək mümkündür. İlk üç ayı pulsuz olan portalda House of Cards, Narcos, Black Mirror kimi serialların da istehsalçısıdır.

“DiziPub”

Bir müddət bağlanmış olsa da artıq uzun illərdir Amerikan və digər xarici serialları izləmək üçün ən rahat saytlardan biridir. Yeni seriallardan köhnələrə seriallara qədər hamısını tapa biləcəyiniz möhtəşəm saytlardan biridir.

“My-hit”

Uzun illər .ru domain ilə işləyən sayt bir müddət bağlandıqdan sonra təkrar my-hit.org ilə fəaliyyətə başlayıb və rus dili bilənlər üçün əsl film ensiklopediyasıdır.

“My Video”

Azərbaycan saytı olan Myvideo.az 13 min filmlik arxivi ilə alternativ mənbələrdən biridir. Həm yerli kanalları canlı izləyə biləcəyiniz həm də film və trailer videoları burdan rahatlıqla tapmağınız mümkündür.

“Vkontakte”

Hər nə qədər sosial şəbəkə olmuş olsa da həm mahnı həm də film arxivi ilə geniş mənbələrdən biridir. Davamlı istifadə etməsəniz belə qeydiyyatdan keçərək film axtarmaq üçün yararlana bilərsiniz.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »