Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dilənçini pul istədiyinə görə öldürdü

Rusiyanın Barnaul şəhərində 60 yaşlı qadını dilənçilik etdiyinə görə öldürüblər. Onu yoldan ötən sərxoş kişi qətlə yetirib.

Bizimyol.info xəbər verir ki, istintaq işində yazılıb: “Kişi təqaüdçü qadına pul verməkdən imtina edib. Amma qadın ondan əl çəkməyib. Məsələ o qədər uzanıb ki, kişi özündən çıxıb və qadını bıçaqlayıb. Döş qəfəsindən dörd zərbə alan yaşlı qadın yerindəcə keçinib”.

Qadını öldürən 31 yaşlı adam Rusiya cinayət məcəlləsinin 105-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmə onu 11 il azadlıqdan məhrum edib.

Qatil sərxoş olduğunu dəfələrlə hakimin nəzərinə çatdırsa da, onu bağışlamayıblar. Həmin adamın əvvəllər də məhkum olunması işləri korlayıb. Məhkəmə onun istənilən halda cinayət törətməyə meylli olduğu fikrində qalıb.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »