Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş direktor: Zəlzələdən sonra vulkanların aktivliyi gözlənilə bilər
Ötən gün baş verən zəlzələdən sonra Şamaxı və Qobustandakı vulkan ocaqlarında aktivliyin qeydə alınması gözlənilə bilər.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeraltı təkanlar həm də vulkanik proseslərlə bağlıdır:

“Hazırda zəlzələnin palçıq vulkanları ilə əlaqəsi araşdırılır. Əgər vulkanda hazırlıq, sıxılma prosesi baş verirsə, o, partlayışla püskürməlidir. Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ baş verəndən sonra püskürmə baş verir”.

Qurban Yetirmişli qeyd edib ki, püskürmə, əsasən, 1-2 gün sonra müşahidə edilir:

“Əməkdaşlarımız hazırda ərazidəki vulkanlardakı gərginliyin hansı səviyyədə olduğunu müşahidə edirlər”.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »