Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzində döyüldüyü iddia edilən azyaşlı uşaqla bağlı polisdən açıqlama

“Sosial şəbəkələrdə polisin azyaşlı uşağa qarşı təzyiqin göstərməsi ilə bağlı yayılan videogörüntü həqiqəti əks etdirmir”.

Bu barədə bizimyol.info-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O, qeyd edib ki, Nərimanov rayon Polis İdarəsində təhlükəsiz şəhər kamerası vasitəsilə bu görüntü hərtərəfli araşdırılıb, orada iddia olunan hallar təsdiqini tapmayıb: “Azyaşlı uşağa və hansı vətəndaşa zor tətbiq edilməsi ilə bağlı hərəkətlər müşahidə olunmayıb. Azyaşlı və onun valideynləri müəyyən olunaraq, onlarla proflaktik söhbət aparılıb. Bu əməlin qanuna zidd olduğu onlara izah edilib".

Xatırladaq ki, az əvvəl Bakıda gül satan azyaşlı uşağın döyüldüyü barədə iddia irəli sürülmüşdü, uşağın ağlamasını göstərən videogörüntülər yayılmışdı.

Ramid İbrahimov

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
Son xəbərlər
Bütün xəbərlər »