Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elnarədən Röyaya cavab - "Qabiliyyətiniz çatırsa..."
Əməkdar artist Röya Ayxanın müğənni Elnarə Xəlilovanın ünvanına dediyi sözlər cavabsız qalmayıb.

Axşam.az bildirir ki, Elnarə ünvanına deyilən "Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir "UZİ"yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm. Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar" sözlərinə ifası ilə cavab verib.

Sənətçi musiqisi Tofiq Quliyevə, sözləri isə Əfzələddin Xaqaniyə aid olan "Bəxtəvər oldu" romansını səsləndirdiyi görüntünü paylaşaraq bunları qeyd edib:

"Bundan sonra mənim əvəzimə mahnılarım danışacaq. Konserti hamı verə bilər. Amma konsertdə canlı bu cür çətin romans oxumağı hamı edə bilməz. Səhnədə söhbət edənlərə deyil, konsert verənlərədir sözüm. Bacarığınız və qabiliyyyətiniz çatırsa, çox demirəm, bircə dənə bu cür çətin romans daxil edin repertuarınıza və onu səhnədə canlı oxuyun. Əgər oxuya bilirsinizsə... Hamıya uğurlar".

Qeyd edək ki, Elnarə ilə Röya arasındakı qalmaqal "Mənə sevgindən bəhs et" mahnısından sonra başlamışdı. Elnarə Röyanın sözügedən bəstəsini plagiat adlandırıb.

Son xəbərlər
Bütün xəbərlər »