Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bankda 5,5 milyard leqallaşdırdılar – İttiham
Təqsirləndirilənlərdən biri bank filialının direktor müavini, digəri isə taksi sürücüsüdür

“Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib.

İttihama görə, M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. Rüfət görüşdə özünü bir neçə şirkətin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini deyib. Külli miqdarda dövriyyələri olacağı vədi ilə bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.

A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb.

Bundan sonra, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu bir neçə şirkətin adına köçürüblər. Daha sonra isə xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb.

Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.

Bizimyol.info xəbər verir ki, leqallaşdırma ittihamı ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

“Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə prokuror ittiham aktını elan edib. Təsirləndirilənlər özlərini günahkar bilmədiklıərini deyiblər.

Rüfət Vəliyev sərbəst ifadəsində deyib ki, taksi sürücüsü kimi fəliyyət göstərən zaman, Türkiyə vətəndaşı olan Əlican adlı müştəri razılaşaraq, sürücüsü kimi işləməyə başlayıb. 700 manat məbləğində məvaciblə razılaşıb. Əlican iş adamı kimi “Kargo" işlədirdi və ona müəyyən məbləğdə pulları ayrı-ayrı bank hesablarına köçürməyi tapşırıb.

Hakimin sualına cavab olaraq deyib ki,banka nəğd şəkildə 6 milyon manat pullar iş adamı kimi Əlicana məxsus olub və pulun mənbəyini bilməyib.

Pulların köçürülməsinin Rüfət Vəliyevin adına 9 firma tərəfindən rəsmiləşdirilməsi ilə əlaqədar hakim firmaların əvvəlki sahiblərinin kim olduğunu soruşub.

R. Vəliyev adlarını xatırlamadığını, tanışları olduğunu deyib. O bildirib ancaq sənədlərə qol çəkib və başqa heç nə bilmir: "Pulun hansı sənədə əsasən xaricə köçürüldüyünü bilmirəm. Ancaq Malik Əliyev pulları bank hesablarına köçürməyə kömək edirdi".

Növbəti proses fevralın 13-ə təyin edilib.

M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
Son xəbərlər
Bütün xəbərlər »