Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Anasının vəfat etdiyi tarixdən istifadə etdi, iki dəfə böyük uduş qazandı

ABŞ-ın Severna-Park şəhərinin bir sakininə anasının ölüm tarixi düşərli olub. Bundan istifadə edən amerikalı son altı ayda iki dəfə böyük uduş qazanıb.

Bizimyol.info xəbər verir ki, Merilend ştatının 58 yaşlı sakini əvvəlcə virtual at qaçışlarında uğur qazanmağa çalışıb. O, “Racetrax” yarışlarına cəmi 1 dollar qoyub, anasının ölüm tarixini rəqəm seçimində istifadə edib. Əlamətlərə inanmaq ona 10146 dollar gətirib.

Bu hadisədən sonra kişi hesab edib ki, at qaçışlarında uğur əldə etmək mümkündür. Müxtəlif rəqəm kombinasiyalarını yoxlayıb, amma heç bir nailiyyət qazanmayıb. Onda yenidən həmin strategiyaya qayıdıb. Bu dəfə də 10 min dollardan çox qazanıb.

Amerikalı qazancın yarısını qızına verəcək. Qalan yarısına isə evi təmir etmək yaxşı olar.

Keçən ilin avqustunda Nyu York sakini uğurlu saydığı rəqəmləri lotereyada qeyd edərək, böyük pullar qazanmışdı. Meri Uilson bir gündə milyonçu olmaq xoşbəxtliyi yaşamışdı.

Son xəbərlər
Bütün xəbərlər »