Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayı narkomanı yedi

Appalaçi dağlarında itkin düşən 30 yaşlı amerikalı kişinin meyitini yalnız dörd gün sonra tapmışdılar. Onu ayı yediyi məlum olub.

Bizimyol.info xəbər verir ki, meyiti Qreyt-Smoki-Mauntins  milli parkının ərazisində aşkar ediblər. Amma tamamilə yararsız halda. Ayı Uilyam Li Hilli parçalayıb. Vəhşi heyvana görə bir müddət meyitə yaxın gedə bilməyiblər. Sonradan ayını güllələyiblər.

Uilyam dağa tək çıxmayıb. Dostu da onunla olub. Lakin həyat kökü bitkisi (jenşen) toplayarkən Uilyamdan ayrı düşüb.

Ayı meyiti çox yararsız hala saldığından, ölənin kimliyini yalnız əşyaları və dərinin bir yerindəki döymə ilə müəyyənləşdirmək mümkün olub.

Ekspertiza ölümün yeksək dozadan olduğunu üzə çıxarıb. Uilyam narkotik maddə aludəçisi imiş. Onun orqanizmi həddən artıq metamfetamin qəbuluna dözməyib. Mütəxəssislər hesab edir ki, Luisvill şəhər sakini heç də ayı hücumuna məruz qalmayıb. Baribal növündən olan qara ayı onun yalnlz meyitini tapa bilib.

Bariballar daha çox Şimali Amerikada yaşayır. Onarın çəkisi 360 kiloqrama, boyu isə 2 metrə çatır. Bu ayılar nadir hallarda insana hücum edir.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »