Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zəlzələnin afterşokları hələ davam edir”
“Fevral ayının 5-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir. Hiss olunan və olunmayan afterşoklar ola bilər”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O deyib ki, xidmətin baş direktoru Qurban Yetirmişli zəlzələ ərazisinə gedərək baxış keçirib: “Bu gün saat 16:00-da baş direktorun Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Mərkəzində mətbuat konfransı olacaq”.

“Hazırda zəlzələ ərazisində seysmoloji monitorinq davam etdirilir. Dəyişikliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək”,-deyə V.Rafiqqızı bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »