Qeyd edək ki, “Azercell Telecom” MMC ölkəmizdə sosial şəbəkələrdə rəsmi səhifə və onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Bu yeniliklərin tətbiqində şirkətin məqsədi abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlərin operativ çatdırılmasıdır. Hazırda Azercell abunəçiləri Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram sosial şəbəkələrinin imkanları vasitəsilə yüksək keyfiyyətli xidmətdən yararlana bilir. Sosial şəbəkələrdə abunəçilər şirkətlə əlaqə qurub, ən qısa zamanda ehtiyacı olan məlumatları əldə edib və müraciətlərinin həllini tapma imkanına malikdirlər.