Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mobil Şöbə-də pul köçürmələri daha da asan oldu!
ATM-dən vəsait çıxartmaq istəyirsiniz, lakin kartı unutmusunuz? Yaxınlarınıza təcili, çox qısa müddətdə pul lazımdır, amma Siz bunu necə edəcəyinizi bilmirsiniz? Bank Respublika bütün bu halların həlli üçün sizə Cash by Code xidmətini təklif edir!

Ölkəmizdə elektron bankçılıq üzrə lider bank adını qazanmış Bank Respublika, “Cash by Code” xidmətini özünün “Mobil Şöbə” əlavəsinə də əlavə etdi. Artıq Siz, bu xidmət vasitəsilə bank kartından istifadə etmədən xüsusi kod vasitəsilə pul vəsaitlərini bankomatdan tez, rahat və təhlükəsiz şəkildə alınması imkanını əldə edəcəksiniz.

Xidmətdən istifadə etmək üçün, Mobil Şöbə menyusundan Cash by Code düyməsini seçib, məbləği və valyutanın növünü daxil etmək lazımdır. Bundan sonra ekranda görünəcək kodu pulu alacaq şəxsə bildirmək tələb olunur.

Cash by Code vasitəsilə maksimal göndəriləcək məbləğ – 1000 AZN-dir.Pulu almaq üçün Bank Respublika ATM-lərində, eləcə də istənilən Azəricard ATM-lərində Cash by Code düyməsini seçib, göndərilmiş kodu daxil etmək kifayətdir.

Cash by Code vasitəsilə pul göndərmək və ya almaq üçün xüsusi koddan istifadə edilir. Həmin kodlar 24 saat ərzində aktiv olur. Əməliyyat üzrə göndərilən pul vəsaiti 24 saat ərzində alınmazsa, vəsait köçürməni göndərən şəxsin hesabına avtomatik olaraq geri qaytarılır.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »