Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səməd Seyidov məmurların gəlirindən danışdı
Fərhad Mehdiyev: “Azərbaycan Avropa Şurasında məmurların gəlirlərini bəyan etmədikləri yeganə ölkədir”

“Prezident 2012-ci ildə Nazirlər Kabinetinə tapşırıb ki, məmurların gəlir və əmlakları ilə bağlı bəyannamə formasını 3 ay ərzində təqdim edib versinlər. 7 il keçib, bəyannamə forması daha hazır deyil”. Bizimyol.info xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev deyib. O qeyd edib ki, Azərbaycan Avropa Şurasında məmurların gəlirlərini bəyan etmədikləri yeganə ölkədir.

2005-ci ildən Azərbaycanda vəzifəli şəxslərin gəlir bəyannamələri vermələri ilə bağlı qanun qəbul edilsə də, hələ də icrası mümkün deyil.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası (AŞ) Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Bizimyol.info saytının məsələ ilə bağlı sorğusunu cavablandırıb.

“Biz iki ildir AŞPA-dakı nümayəndə heyəti olaraq, bütün gəlir bəyannaməsini ilin əvvəlində Avropa Şurasına təqdim edirik. Bu, bizim öhdəliyimiz və qəbul etdiyimiz məsələdir. Bu, Avropa Şurasında çoxdan var. Nümayəndə heyətinin rəhbərindən tutmuş, üzvlərə qədər hamı illik gəlir bəyannaməsini təqdim etməlidir”.

Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” Qanunun tələbi olaraq bəyannamə verilməsinin qaydalarının hazır olmamasına gəlincə, deputat deyir ki, bu məsələni araşdırmaq lazımdır. “Qeyd etdiyiniz sənədləri araşdırdıqdan sonra bu məsələyə cavab verə bilərəm”.

“Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” Qanunun tələbinə görə, məmurların gəlir bəyannaməsinin verilməsi zəruri hesab edilir. Qanunun tələbinə görə, hər ilin əvvəli yüksək vəzifəli məmurlar - prezident, Milli Məclis sədri, baş nazir, nazirlər və komitə sədrləri, müavinlər, baş prokuror, Prezident Administrasiyasının şöbə müdirləri və digərləri, eləcə də onların ailə üzvləri gəlir bəyannaməsini verməlidirlər Prezident Nazirlər Kabinetinə 3 ay ərzində həmin qanunun icrası qaydalarını hazırlayıb təsdiq üçün verməsi barədə tapşırıq versə də, illərdir bu qaydalar təsdiqlənmir.

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının rəsmiləri 2012-ci ilin yekunlarına dair konfrans keçirərkən bildirmişdilər ki, Azərbaycanda məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlanıb və Nazirlər Kaibnetinə təqdim edilib.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinə sorğu versək də, hələlik cavab alınmayıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
Son xəbərlər
Bütün xəbərlər »