Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hələ də Azərbaycanda olmayan 5 innovativ texnologiya
Texnologiyanın sürətli inkişafı ilə hər yün fərqli yeniliklər meydana çıxır. Bütün bu yeniliklərin ilk olaraq qərbdə kəşf olunması bizim kimi ölkələrə daha gec gəlməsinə səbəb olur. Onlardan bir neçəsini çox az sayda adam istifadə etsə də, bəzilərindən heç kimin xəbəri yoxdur. Gəlin həmin yeniliklərin nə olduğuna baxaq.

AĞILLI EV

Ev əşyalarının ayrı-ayrılıqda innovativ texnologiya ilə birləşməsi, online fəaliyyətə keçməsi artıq uzun illərdir davam etsə də, bütün evin online olaraq nəzarət etməsi yeni kəşflərdən biridir. Artıq Google Nest Labs, Amazon isə Echo servisi təklif edir.

Bu aplikasiya nəzarət kameraları, otaq tempraturu, ev işıqlarını və digər ev işlərini online olaraq idarə etmək imkanı verir.

AVTOPİLOT AVTOMOBİLLƏR

2016-cı ilin ən çox müzakirə olunan texnoloji yeniliklərindən biri də avtopliot avtomobillərin istifadəyə verilməsidir. Artıq Uber və General Motors kimi böyük şirkətlər özünü idarə edən avtomobillərinin test sürüşünə başlayıb.

ELEKTRO AVTOMOBİLLƏR

Tesla, Toyota, BMW kimi avtomobil şirkətləri artıq hər il keçirilən Avtomobil sərgilərində elektrik avtomobillərini təqdim edərək yarışırlar. Qərb ölkələrində elektik maşınlar sürətlə populyarlaşmağa davam edir.

Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında avtomobillər üçün elektrik doldurma məntəqəsi fəaliyyət göstərsə də elektrik avtomobillərin satışı hələ də yoxdur.

DRONE İLƏ ÇATDIRILMA

Artıq Azərbaycanda drone istifadəsi qanunla da icazəlidir. Ancaq bu hələ bu kəşfdən çox da istifadə olunmur. Amazon şirkəti Amerikada çatdırılmanı drone ilə reallaşdırmağa başlayıb.

MUSİQİ PLATFORMALARI

Netflix artıq bütün dünyada fəaliyyətə başlamış olsa da musiqi platformaları haqda eyni şeyi deyə bilmərik. Spotify, Tidal kimi platformalar hələ də Azərbaycanda aktiv deyil və biz bu platformaların üstünlüklərindən istifadə edə bilmirik.

pahoo.az

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »